“Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqları fövqəladə rejimdə aparmaq üçün səy göstərir, lakin Kiyevin üslubu çox tələskəndir”.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.
"Görünür, bizim nümayəndə heyətimiz fövqəladə rejimdə danışıqlar aparmaq üçün ukraynalı həmkarlarımızdan daha çox səy göstərir və daha çox hazır olduğunu nümayiş etdirir. Bizim şərtlərimiz aydındır, son dərəcə formalaşdırılıb və ukraynalı təmsilçilərə tam şəkildə çatdırılıb. Eyni zamanda, Ukrayna tərəfinin danışıqlar tərzi çox tələskəndir”, - Peskov deyib.