Modern.az

Rus əsgərlərin ölümünə görə Putin məsuliyyət daşıyır - ŞOLTS

Rus əsgərlərin ölümünə görə Putin məsuliyyət daşıyır - ŞOLTS

Aktual

17 Mart 2022, 15:02

"Rusiya qonşusuna hücum edərək müharibəyə başladı. Almaniya da daxil olmaqla bir sıra ölkələr müharibədən yayınmaq üçün dialoq və danışıqlar istiqamətində səylər göstərsə də Rusiya Prezidenti Vladimir Putin müharibəni seçdi".

 

Modern.az  xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts NATO Baş katibi Yens Stoltenberqlə mətbuat konfransında deyib.

 

Kansleri bildirib ki, Ukraynada insanlar həlak olur, eyni zamanda Rusiya vətəndaşları da əziyyət çəkir:

 

"Bu əsasız müharibədə ölən rus əsgərlərinə görə Rusiya Prezidenti məsuliyyət daşıyır. Bunu hər bir Rusiya vətəndaşı bilməlidir".

 

Şolts deyib ki, NATO tərkibində Almaniya Ukraynanın müdafiə qabiliyyətinin güclənməsinə dəstək versə də, müharibəyə müdaxilə etməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı