Rusiya Federasiyası dövlət borcuna görə defolt olmaqdan yayına bilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında bildirlir.
Rusiya Maliyyə Nazirliyi 117,2 milyon dollarlıq avrobondlar üzrə kupon gəlirinin ödənildiyini açıqlayıb
Nazirlik bəyan edib ki, 14 mart tarixli iki avrobond buraxılışı üzrə 117,2 milyon ABŞ dolları dəyərində kupon gəliri ödəmələri haqqında ödəniş tapşırığı yerinə yetirilib.
Bununla da dövlət borcuna görə defoltdan qaçmaq mümkün olub.