Modern.az

Üç yüz ukraynalı şagird Portuqaliyada təhsilə cəlb olunub

Üç yüz ukraynalı şagird Portuqaliyada təhsilə cəlb olunub

Aktual

17 Mart 2022, 14:02

Ukraynadakı hərbi münaqişədən qaçan üç yüz ukraynalı şagird Portuqaliya məktəblərində təhsilə rəsmən cəlb olunub.

 

Modern.az xəbər verir ki, bunu Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Avropa İttifaqının 27 dövlətinin təhsil nazirlərinin Ukraynanın təhsil sisteminə koordinasiya olunmuş dəstəyini müzakirə edən qeyri-rəsmi videokonfransda deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə ölkənin məktəblərində ukraynalı şagirdlərin sayının artacağı gözlənilir.

 

T.Rodriges qeyd edib ki, Portuqaliyanın Təhsil Nazirliyi azyaşlı uşaqların ölkədəki uşaq bağçalarına cəlb olunması üçün tədbirlər üzərində işləyir.

 

Ukraynadakı hərbi vəziyyət 1,5 milyon məktəb yaşlı uşağı ölkəni tərk etməyə məcbur edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı