Modern.az

Qaribaşvili Rusiyaya görə Qərbi ittiham etdi

Qaribaşvili Rusiyaya görə Qərbi ittiham etdi

Aktual

17 Mart 2022, 17:00

2008-ci ildə Cənubi Osetiyada hərbi münaqişə zamanı heç kim Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili polşalı həmkarı Mateuş Moravetski ilə birgə keçirdiyi brifinqdə deyib.

 

“Mən hamıya xatırlatmaq istərdim, təəssüf ki, avqust müharibəsindən sonra o vaxtkı dünya liderləri tərəfindən Rusiyaya qarşı heç bir sanksiya tətbiq edilməyib. O vaxt yüksək səslə çıxış edən prezident Kaçinskini də xatırlamaq istərdim. Qərb liderlərini Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı qəti və cəsarətli qərarlar qəbul etməyə çağırırdı. Avqust müharibəsindən sonra biz Rusiyaya qarşı siyasətin yenilənməsini, yeni ticarət-iqtisadi layihələri təklif etdik, amma təəssüf ki, heç bir sanksiyaların olmadığını gördük”, - baş nazir Qərb ölkələrindən gileylənib.

 

Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, onlar Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaq fikrində deyillər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı