Modern.az

Putin və Zelenski bu halda görüşəcək

Putin və Zelenski bu halda görüşəcək

Aktual

17 Mart 2022, 17:52

Rusiya ilə Ukrayna arasında razılıq əldə olunarsa, iki ölkənin liderinin bir araya gəlməsi ehtimalı var.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşdə deyib.

 

“Ukraynanın Rusiya ilə mümkün sülh razılaşmasına nail olunduğu halda Türkiyəni təhlükəsizliyin təminatçılarından biri olmaq təklifinə Rusiya etiraz etməyib”,- Çavuşoğlu bildirib.

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov şəhərində həmkarı Dmitro Kuleba ilə görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı