Modern.az

Ukraynadakı çeçen könüllülərə köməkçim başçılıq edir - Kadırov

Ukraynadakı çeçen könüllülərə köməkçim başçılıq edir - Kadırov

Aktual

17 Mart 2022, 18:11

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibədə minlərlə çeçen könüllünün iştirak etdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Ramzan Kadırov bununla bağlı Telegram kanalında yazıb.

"Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik üzrə köməkçisi, mənim əziz qardaşım Aptı Alaudinov 1000 könüllünün başında Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatda iştirak etmək üçün göndərilib", - Kadırov bildirib.


O, həmçinin qeyd edib ki, A.Alaudinov yüksək hərbi hazırlığını dəfələrlə sübut etmiş təcrübəli döyüşçüdür.

"Mən tam əminəm ki, o, hər bir əmri itkisiz və maksimum nəticə ilə yerinə yetirəcək", - deyə Kadırov bildirib.

Alaudinov əvvəllər Çeçenistanın daxili işlər nazirinin müavini vəzifəsində çalışıb, 2014-cü ildə ABŞ onu “Maqnitski siyahısı”na daxil edib.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı