Modern.az

Son sutkada peyvənd olunanların SAYI

Son sutkada peyvənd olunanların SAYI

Aktual

17 Mart 2022, 18:35

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 552 vaksin vurulub.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 818, ikinci doza vaksinlərin sayı 1 815 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 119-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 800 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 320 490, birinci doza peyvəndlərin ümumi sayı 5 317 085, ikinci doza vaksinlərin sayı 4 809 138 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 972 338, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 221 929 olub.

1116689

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar