Modern.az

Fransadan Bakı-İrəvan münasibətlərinin normallaşmasına DƏSTƏK

Fransadan Bakı-İrəvan münasibətlərinin normallaşmasına DƏSTƏK

Aktual

17 Mart 2022, 22:05

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

 

Nazirlər regiondakı cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

 

Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş baza prinspinə toxunublar. Fransa naziri Fransanın Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib.

 

Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı zamanı nazirlər, ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı