Modern.az

G7 ölkələri Ukrayna barədə razılığa gəliblər

G7 ölkələri Ukrayna barədə razılığa gəliblər

Aktual

17 Mart 2022, 22:35

G7 ölkələrinin xarici işlər nazirləri Ukraynaya humanitar yardımı artırmaq barədə razılığa gəliblər.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya xarici siyasət idarəsinin G7 ölkələrinin XİN rəhbərlərinin müşavirəsinin yekunlarına dair bəyanatında bildirilib.

 

Qeyd olunub ki, Ukraynadakı hərbi əməliyyatlar onun kənd təsərrüfatı sektorunda tədarükündən asılı olan bir çox ölkələrdə ərzaq təhlükəsizliyinə və qiymətlərə təsir göstərəcək. Nazirlər, həmçinin ukraynalı qaçqınların getdiyi qonşu ölkələrə beynəlxalq yardımın genişləndirilməsinin vacibliyini təsdiqləyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı