Modern.az

Millimiz ilk oyunda ağır məğlubiyyətlə üzləşdi

Millimiz ilk oyunda ağır məğlubiyyətlə üzləşdi

Aktual

17 Mart 2022, 23:01

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Ağatahir Əzimovun başçılıq etdiyi komanda 7-ci qrupda Xorvatiyanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.

 

Xorvatiyanın Karlovats şəhərində keçirilən görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 25-ci dəqiqədə Nazim Rəhimov vurub.

 

Millimizin qrupdakı ikinci oyunu Latviyaya qarşı olacaq. Martın 18-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı