Modern.az

Yenə qar yağacaq

Yenə qar yağacaq

Aktual

18 Mart 2022, 07:57

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a  verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı