Modern.az

YAP İdarə Heyəti iclas ÇAĞIRDI

YAP İdarə Heyəti iclas ÇAĞIRDI

Güncel

18 Mart 2022, 11:32

Yeni Azərbaycan Partiyası (YAP) maliyyə hesabatlarının müzakirəsi ilə bağlı iclas keçirəcək.

 

Bu barədə Modern.az-a hakim partiyanın İdarə Heyətindən bildirilib. 

 

Məlumata görə, bu günə planlaşdırılan iclasda YAP-ın 2021-ci il üzrə maliyyə hesabatlarının müzakirəsi əsas yer tutur. 

 

Bundan əlavə, “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı