Modern.az

Əcnəbi vətəndaş Xaçmaza getdiyinə peşman oldu

Əcnəbi vətəndaş Xaçmaza getdiyinə peşman oldu

Aktual

18 Mart 2022, 11:36

Xaçmaz Rayon Polis Şöbəsinə martın 11-də Çaxçaxlı kəndi ərazisində bir nəfərin əcnəbi vətəndaşı bıçaqla hədələyib pul tələb etməsi, quldurluq yolu ilə cibində 820 manatı olan gödəkcəsini alması barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılıb.

 

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!