Modern.az

Çanaqqala zəfərindən nadir kadrlar - 107 ilin FOTOLARI

Çanaqqala zəfərindən nadir kadrlar - 107 ilin FOTOLARI

Aktual

18 Mart 2022, 12:11

Türkiyə tarixində mühüm qalibiyyət olan Çanaqqala dəniz zəfərinin 107-ci ildönümüdür. Həmin vaxt türklər Çanaqqala boğazında (Dardanel boğazı - red.) müttəfiq Avropa dövlətlərinə qarşı aparılan mübarizədə qələbə qazanıblar.

 

Çanaqqala döyüşləri Birinci Dünya Müharibəsi dövründə - 1915-1916-ci illərdə Osmanlı dövləti ilə "Üçlər İttifaqı" - müttəfiq Avropa dövlətləri (İngiltərə, Fransa, Rusiya) arasında aparılan dəniz və quru savaşı olub.

 

İttifaq dövlətləri Osmanlının paytaxtı İstanbulu alaraq boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı əməkdaşlıq və hərbi ticarət yolu açmaq, Almaniyanı zəiflətmək məqsədilə ilk hədəf olaraq, Çanaqqala boğazına keçiblər. Lakin bu hücum uğursuz olub və hər iki tərəf çox ağır itkilər verib. Nəticədə müttəfiq Avropa dövlətləri geri çəkiliblər.

 

1915-ci il fevralın 19-da güclü Fransa qüvvələri ilə İngiltərənin “Yelizaveta” döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqalaya ilk dəfə hücuma keçiblər. Admiral Robekun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə çalışıb. Döyüşdə bir neçə ingilis və fransız döyüş gəmisinə böyük ziyan dəyib. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə qüvvət verib. Müttəfiq dövlətlər bu ağır itkilərlə Çanaqqalanı dəniz yolu ilə keçə bilməyəcəklərini anlayıblar. Onlar quru əməliyyatlarına başlayaraq sahili toplardan təmizləmək istəyiblər. Yarımadaya çıxaraq Osmanlı qüvvələrini qurudan məğlub etməyi planlaşdırsalar da, buna müvəffəq olmayıblar. 

 

250 min Osmanlı əsgərinin şəhid olması bahasına əldə edilən bu tarixi qələbə Türkiyə Cümhuriyyətinin qurulmasından sonra ölkə parlamentinin qərarı ilə hər il martın 18-də “Çanaqqala Zəfəri” kimi qeyd edilir. Çanaqqala müharibəsində 3 mindən artıq azərbaycanlı əsgər şəhid olub.

 

Döyüşlər zamanı lentə alınan arxiv fotolar Çanaqqala zəfərinin hansı şəraitdə qazanıldığını özündə əks etdirir. 

 

Modern.az Çanaqqala savaşını əhatə edən 107 ilin kadrlarını təqdim  edir:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı