Sabah metoronun "İçərişəhər" stansiyasında zəngin proqramlı şou tədbirlər keçiriləcək.
Bu barədə "Bakı Metropoliteni"ndən Modern.az-a verilən məlumatda bildirilib.
Ümumi proqrama əsasən, "İçərişəhər" stansiyasında retro vaqonlar olacaq, həmçinin konsert proqramı keçiriləcək.
Bununla yanaşı saat 11:30 - Bəhram Bağırzadə retro vaqonda uşaqlar üçün yazdığı "Novruz" və Hacı Zeynalabdin Tağıyev haqda kitablarını imzası ilə təqdim edəcək.
Saat12:00-da Novruz şənliyi - Keçəl, Kosa, Bahar qızı, sirk ustaları, sehrbaz, nəhəng oyuncaq, hədiyyələr və s. sərnişinlərin görüşünə gələcək.