Modern.az

Qanunsuz obyekt tikintisi dayandırıldı - VİDEO

Qanunsuz obyekt tikintisi dayandırıldı - VİDEO

Aktual

18 Mart 2022, 12:54

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qeyri-qanuni tikinti işlərinin qarşısını alıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Göygöl rayonu, Quşqara kəndi ərazisində, Gəncə-Şəmkir avtomobil yolunun sağ və sol tərəflərində yerləşən vətəndaş Hüseynov Əli Ənvər oğluna məxsus mövcud obyektlərin müvafiq icazəverici sənədləri olmadan genişləndirilməsi işlərinin aparılması faktı aşkar edilib.

 

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülüb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı