Ukrayna nümayəndə heyəti Moskva ilə danışıqları sürətləndirməyə hazır deyil.
Modern.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya danışıqların aparılmasında əlindən gələni edir. Amma biz qarşı tərəfdən bu addımı görmürük”,- deyə Peskov açıqlamasında bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bir neçə dəfə görüş keçirilib. Danışıqlar videoformatda davam etdirilir.