Modern.az

BMT Qarabağın bərpasında Azərbaycana kömək edəcək

BMT Qarabağın bərpasında Azərbaycana kömək edəcək

Aktual

18 Mart 2022, 14:00

"BMT təsisatları Azərbaycanın azad olunmuş torpaqlarında minalardan təmizləmə və bərpa işlərinə kömək göstərəcək".

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şuşada Azərbaycanın bu təşkilatla tərəfdaşlığının 30 illiyi münasibətilə keçirilən tədbirdə bildirib:

 

“1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olundu və ötən dövr ərzində əməkdaşlığımızı gücləndirmək üçün çalışmışıq. Bakıdakı ofisimiz yeni açılanda münaqişə nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərə kömək edirdik”.

 

BMT rəsmisi 2021-ci il martın 1-də təşkilatla Azərbaycan arasında qarşıdakı 5 il ərzində əməkdaşlığın başlıca istiqamətlərinə dair çərçivə sazişi imzalandığını xatırladıb: “Bunlar arasında gender bərabərliyi, ətraf mühitin mühafizəsi, inklüziv inkişaf məsələləri də var. Hazırda bu istiqamətdə səylə çalışırıq”.

 

V.Andreyeva Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətini, o cümlədən təşkilat çərçivəsində pandemiyaya qarşı görülən tədbirlərə töhfəsini yüksək dəyərləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı