Modern.az

Şəhid övladları üçün Novruz şənliyi keçirilib

Şəhid övladları üçün Novruz şənliyi keçirilib

Aktual

18 Mart 2022, 14:15

Füzuli Dövlət Dram Teatırında rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Beyləqan  Gənclərinin Maarifləndirməsi və Sosial İnkişafı”  İB-nin təşəbbüsü ilə Vətən müharibəsi şəhidlərinin övladları  üçün Novruz bayramı şənliyi keçirilib.

Tədbirdə Füzuli rayonunun icra başçısı Alı Alıyev, Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, Füzuli rayon Gənclər və İdman idarəsinin əməkdaşları, “Etika akademiyyası”nın Qarabağ üzrə nümayəndəsi və şəhid ailələri iştirak ediblər.

Tədbirin açılışını Füzuli Dövlət Dram Teatırının direktoru Vaqif Vəliyev edib, torpaqlarımızın azadlığı uğurunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı Alı Alıyev çıxış edərək şəhidlərimizin qəhrəmanlıqlarından söz açıb. Şəhidlərimizin şərəfli ömür yolu və qəhrəmanlığının gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu xüsusilə vurğulayıb.
Tədbirin gedişatında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda şəhidlərimizin övladlarına hədiyələr təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı