Modern.az

Banklar dilemma qarşısındadır

Banklar dilemma qarşısındadır

Aktual

18 Mart 2022, 15:12

Yaranmış vəziyyətdə mərkəzi banklar inflyasiya ilə mübarizə aparmaq və iqtisadi artımı dəstəkləmək kimi çətin dilemma qarşısındadırlar.

 

Bu barədə Azərbaycan Məkəzi Bankından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi şəraitində aparıcı ölkələrin mərkəzi bankları daha təmkinli monetar siyasət həyata keçirəcəyini açıqlayıblar.

 

"Azərbaycanda 2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2.8% artıb. Yanvar-fevral aylarında milli valyutada müddətli əmanətlərin daha yüksək templə (3.8%) artması onu göstərir ki, mövcud əmanət və depozit faizləri inflyasiya risklərini kompensasiya etməyə və manatla yığımların cəlbediciliyini qorumağa imkan verir.

 

Ümumilikdə bank sistemi öz dayanıqlığını qoruyur, bank hesablaşmalarının aparılmasında problemlər müşahidə edilmir", - məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı