Modern.az

Qara görə İsmayıllıya gedən avtobusların yolu dəyişdirildi

Qara görə İsmayıllıya gedən avtobusların yolu dəyişdirildi

Aktual

18 Mart 2022, 15:40

Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-İsmayıllı avtomobil yolunda nəqliyyatın hərəkətində problemlər yaranıb. Vətəndaşlarımız Novruz bayramı münasibətilə rayonlara üz tuturlar. Yollar belə olduqda həmin istiqamətə hərəkət edən sürücülər nə etməlidir?

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a bildirilib ki, Bakı-İsmayıllı yolunda qarlı hava şəraiti ilə bağlı sərnişindaşıma, eləcə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

"Alternativ olaraq sərnişindaşıma Bakı-Kürdəmir-Qazax yolu vasitəsi ilə həyata keçirilir. Bakı-Zaqatala, Bakı-Balakən yolunda hərəkət davam edir, heç bir çətinlik yoxdur. Bakı-Quba,Bakı-Qusar istiqamətində qarlı hava şəraiti olsa da, yollar açıqdır", - deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı