Modern.az

Deputatdan şəhid ailələri və əlil uşağa dəstək

Deputatdan şəhid ailələri və əlil uşağa dəstək

Aktual

18 Mart 2022, 15:01

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan millət vəkili Ceyhun Məmmədovun seçiciləri ilə görüşü keçirilib.
Modern.az xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətində baş tutan görüşdə sakinlər öz problemlərini deputatla bölüşüblər. Fərdi qəbul əsasında keçirilən görüşdə problemlər əsasən iş, maddi yardım, pensiya təminatı üzrə olub. Ceyhun Məmmədov problemlər ilə birbaşa maraqlanacağını, həlli üzrə aidiyyatı qurumlara yönləndirəcəyini bildirib.

 
Daha sonra 1 saylı Cəbrayıl qəsəbəsində yerləşən 8 saylı Cəbrayıl rayon tam orta məktəbində olan deputat orda təşkil edilən bayram tədbirində iştirak edib. Səmimi görüntülər ilə yadda qalan tədbir xoş təəssüratlar yaradıb.


Ceyhun Məmmədov həmçinin 7 saylı Cəbrayıl qəsəbəsində yerləşən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Cəbrayıl rayon filialının üzvləri ilə də görüşdə olub. Görüşdə təqdim olunan problemlər və təkliflər üzərində müzakirələr aparılıb. Millət vəkili bu problemlərin həlli üçün də aidiyyatı qurumlara müraciət ünvanlayacağını bildirib.


Silsilə görüşlərini davam etdirən deputat Biləsuvar rayonu Cəbrayıl qəsəbəsindəki Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid Fərid Hacıyev, Nicat Əlizadə, Böyükağa Şahverdiyev, Sevindik İsmayılzadə, Əyyub Süleymanov, Təhmasib Mustafayev, Elxan Hüseynov, Ruhin Qəhrəmanov, Ramiq Mikayılovun ailələrini ziyarət edib. Qarşıdan gələn bayram münasibətilə onları təbrik edən Ceyhun Məmmədov, şəhid hərbi qulluqçuların ailələrinə diqqətin hər zaman olacağını bildirib.


Deputat Biləsuvar rayonundakı son görüşünü ona ünvanlanan müraciətlə yekunlaşdırıb. Belə ki, qəbul zamanı vətəndaş Bənövşə Allahverdiyeva nəvəsinin serebral iflic xəstəliyindən əziyyət çəkdiyini və onun əlil arabasına ehtiyacı olduğunu bildirmişdi. Qəbuldan bir gün sonra Azərbaycan Qızıl Aypara cəmiyyətinin Cəbrayıl rayon bölməsinin sədri Bəhruz Məmmədovun dəstəyi ilə həmin ailəyə əlil arabası təqdim olunub.


Deputat onu da əlavə edib ki, ölkəmizdə bütün sahələrin yüksək inkişaf etdiyi bu dövrdə belə görüşlərin əhəmiyyəti çox vacibdir. O, hər bir seçicisini dinləməyə hazır olduğunu, onların problemləri ilə yaxından maraqlanmaq üçün belə görüşlərin tez-tez təşkil ediləcəyi barədə bildirib.


Sosial şəbəkələrdə də aktiv olan deputat ona ünvanlanan müraciətlərin hər birini özü oxuduğunu və hər zaman lazımi tədbirləri gördüyünü qeyd e

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı