Modern.az

Bakı-Aktau reysi üzrə uçuşlar bərpa olunur

Bakı-Aktau reysi üzrə uçuşlar bərpa olunur

Aktual

18 Mart 2022, 16:40

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən etibarən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə hazırlaşır.

 

"Buta Airways"dan Modern.az-a verilən məlumata görə, uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

 

Biletlərin dəyəri 29 avrodan başlayır.

 

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

 

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...