“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” növbəti konfransını keçirməyə hazırlaşır. Bununla bağlı ötən gün Cəmiyyətin baş ofisində İdarə Heyətinin növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, AQC-nin sədri Nüsrət İbrahimovun rəhbərliyi ilə keçirilən iclasda Cəmiyyətin fəaliyyətinə aid cari məsələlərlə yanaşı, əsas mövzu olaraq AQC-nin növbəti konfransına hazırlıqla bağlı məsələnin müzakirəsi olub.
Cəmiyyətə üzv təşkilatların üzvlük haqlarının ödənilməsi vəziyyəti, şirkətlərin Cəmiyyətin fəaliyyətindəki aktivliyi, Milli Məclisdə müzakirə mərhələsində olan Qiymətləndirmə fəaliyyəti haqqında Qanun və digər cari məsələlərin müzakirəsi ilə yanaşı, əsas məsələ olaraq konfransa hazırlıqla bağlı Təşkilat Komitəsi formalaşdırılması və qısa müddətdə konfransın hazırlıqlarına başlanması barədə qərar qəbul olunub.
Təşkilat Komitəsi 7 nəfərdən ibarət olmaqla aşağıdakı tərkibdə secilib:
Pərviz Qulami – “Property” MMC-nin direktoru
Vüqar Oruc - “Vecon Consualting” MMC-nin direktoru
Ramil Osmanlı - “Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru
Elnur Əsədov - “REC-İnvest” MMC-nin direktoru
Fərid Rüstəmov - “Fame Pro” MMC-nin direktoru
Nahid Həsənov - “FM Consualting” MMC-nin direktoru
İlham Bağırov - “Azər Expert” MMC