Modern.az

Təcrübəçi tələbələr Novruz bayramını qeyd ediblər

Təcrübəçi tələbələr Novruz bayramını qeyd ediblər

Aktual

18 Mart 2022, 18:00

Pedaqoji fakültənin Musiqi müəllimliyi ixtisası üzrə IV kurs təcrübəçi tələbələri “Novruz bayramı”ilə əlaqədar olaraq  İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə musiqili-əyləncəli tədbir təşkil etmişdilər.

 

Modern.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Mətanət Qarayeva,  həmin məktəbin müəllimləri və şagirdləri, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Musiqi fənlər kafedrasının professor-müəllim heyəti və təcrübəçi tələbələri iştirak edirdilər. Tədbirdə kafedranın müəllimlərinin rəhbərliyi ilə təcrübəçi tələbələrin hazırladığı Novruz bayramına aid şən mahnılar tədbir iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Tədbirdə çıxış edərək 1 nömrəli orta məktəbin direktoru Mətanət Qarayeva tələbələrə və müəllimlərə eyni zamanda Gəncə Dövlət Universitetinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

Tədbir professor-müəllim heyəti və təcrübəçi tələbələr tərəfindən yüksək səviyyədə qiymətləndirildi.

 

Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı