Modern.az

Şuşadakı konfrans BAŞA ÇATDI

Şuşadakı konfrans BAŞA ÇATDI

Aktual

18 Mart 2022, 22:37

"Şuşa qalasının Gəncə qapısı qarşısında çəkilmiş bu gözəl ailə şəkli ilə biz Şuşada BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümü ilə bağlı konfransı yekunlaşdırdıq".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

 

Qeyd edək ki, martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı