Cənubi Koreyanın məişət elektronikası istehsalçısı olan “LG Electronics” şirkəti Rusiyaya bütün tədarükləri dayandırdığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yer alıb.
"LG Electronics Rusiyaya bütün daşımaları dayandırır", - şirkətdən bildirilib. Həmçinin vəziyyətin inkişafını izləyəcəkləri diqqətə çatdırılıb.
Qeyd edək ki, “LG Electronics” məişət elektronikası, mobil telefonlarının istehsalı ilə məşğuldur və uzun müddətdir dünya bazarında ilk üçlükdədir. Şirkət 1958-ci ildə təsis edilib, baş ofisi Seulda yerləşir.