Modern.az

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Aktual

19 Mart 2022, 09:55

Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,06 dollar azalaraq 111,95 dollar olub.

 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 1,29 dollar artaraq 107,93 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,72 dollar bahalaşaraq 104,70 dollar olub.

 

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı