Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə martın 18-də Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini M.Orucova zor tətbiq edərək ondan qızıl-zinət əşyaları alması barədə müraciət daxil olub.
DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.
Suraxanı RPİ-də araşdırma aparılır.