Modern.az

Soyğunçuluq edən keçmiş məhkum tutuldu

Soyğunçuluq edən keçmiş məhkum tutuldu

Aktual

19 Mart 2022, 10:46

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə martın 14-də saat 6 radələrində bir nəfərin Bakı şəhər sakini R.Əhmədxanovu döyərək 100 manatını və 300 ABŞ dollarını alması barədə müraciət daxil olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şahverənov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...