Modern.az

Məşhur şirkət Rusiyadakı zavodunu bağladı

Məşhur şirkət Rusiyadakı zavodunu bağladı

Aktual

19 Mart 2022, 11:50

LG Electronics şirkəti Ukraynadakı hərbi təcavüzə görə Rusiyaya bütün tədarükləri dayandırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya brendi Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulur.


Şirkət Ukraynadakı müharibəyə reaksiyasını gecikdirirdi, lakin ictimaiyyətin təzyiqi altında bunu açıqlamalı oldu və Rusiya bazarından çıxdığını elan etdi.

 

“Biz bütün insanların sağlamlığı və təhlükəsizliyi ilə bağlı dərin narahatlıq keçiririk və LG humanitar yardım səylərini dəstəkləməyə sadiq qalır”, - LG Electronics-in rəsmi saytındakı bəyanatda deyilir.


Qeyd edək ki, LG Electronics-in Rusiyada nəhəng zavodu var. Bu zavod 1450 işçisi ilə Avropanın ən böyüklərindən biridir. Onların hamısı tezliklə işdən çıxacaq.

 

Artıq 300-dən çox şirkət Rusiya ilə əməkdaşlıqdan imtina edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı