Modern.az

Ukraynada öldürülən uşaqların sayı 112-yə yüksəldi

Ukraynada öldürülən uşaqların sayı 112-yə yüksəldi

Aktual

19 Mart 2022, 12:08

Rusiya qoşunlarının təcavüzü nəticəsində Ukraynada ölən uşaqların sayı 112-yə yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

“Ukraynada müharibə başlayandan indiyədək 112 uşaq həlak olub, 140-dan çox uşaq isə yaralanıb. Həmçinin işğalçıların müntəzəm bombardmanları nəticəsində 489 təhsil müəssisəsi zərər görüb, onlardan 69-u tamamilə dağıdılıb”, - Baş Prokurorluq məlumat verib.


Xatırladaq ki, dünən Lvov şəhərində öldürülən ukraynalı uşaqların xatirəsi anılıb. Bu məqsdələ Rynok meydanında 109 uşaq arabası düzülmüşdü.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı