Modern.az

Köməksiz qalan ahıl insanlar xilas olundu - VİDEO

Köməksiz qalan ahıl insanlar xilas olundu - VİDEO

Aktual

19 Mart 2022, 12:55

Cəlilabadda su basmış evdə köməksiz qalan yaşlı insanlar polis tərəfindən xilas edilib.

 

Modern.az xəbər verir ki, martın 19-də yağan güclü yağışlar nəticəsində Cəlilabad rayonunun Göytəpə şəhəri, Sabir küçəsi ərazisində çökək ərazidə yerləşən evlərdən birini su basıb. Həmin ünvanda yaşayan ahıl yaşlı kişi və qadın köməksiz vəziyyətdə qalıblar.

 

Dərhal əraziyə yaxınlaşan Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər su basmış evdən çıxarılaraq təhlükəsiz əraziyə aparılıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı