Modern.az

Rusiya ordusunun kalonu darmadağın edildi - VİDEO

Rusiya ordusunun kalonu darmadağın edildi - VİDEO

Aktual

19 Mart 2022, 14:00

Ukrayna hərbçiləri Rusiya ordusunun təchizat kalonunu darmadağın edib.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Kadrlardan məlum olur ki, rus kalonuna Nikolayev vilayətində ağır zərbələr endirilib. 

 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilər açıqlanıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bu gün səhər verilən məlumata görə, indiyədək Rusiya ordusunun 14 400 hərbçisi zərərsizləşdirilib.

 

Bundan əlavə, Rusiyanın 466 ədəd tankı, 1470 ədəd zirehli döyüş maşını, 213 ədəd artilleriya sistemi, 44 ədəd havadan müdafiə sistemi, 95 ədəd hərbi təyyarəsi, 115 ədəd helikopteri, 914 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni və 12 ədəd dronu məhv edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı