Modern.az

İlham Əliyev Tunis prezidentinə məktub göndərdi

İlham Əliyev Tunis prezidentinə məktub göndərdi

Aktual

19 Mart 2022, 14:12

Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...