Modern.az

Rusiya ilə ticarəti tam dayandırın! – Baş nazirdən ÇAĞIRIŞ

Rusiya ilə ticarəti tam dayandırın! – Baş nazirdən ÇAĞIRIŞ

Aktual

19 Mart 2022, 15:32

Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına Rusiya ilə ticarəti tam dayandırmağı təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Avropa İttifaqı Şurasının növbəti iclasında Moskvaya qarşı yeni sanksiyaların qəbul edilə biləcəyini söyləyən Baş nazir jurnalistlərə deyib ki, Polşa bu paketə mümkün qədər tezliklə ticarət blokadasının əlavə olunmasını təklif edir. Bundan əlavə, Rusiya gəmilərinin limanlara girişinə, həmçinin quru yollarla ticarətə qadağa qoyulmalıdır.

 

“Rusiyanın ticarətdən tam kənarlaşdırılması onu əlavə olaraq düşünməyə məcbur edəcək: bu dəhşətli müharibəni dayandırmaq daha yaxşı olmazmı. Burada mən etirazçıların tərəfindəyəm”, -deyə Mateuş Moravetski bildirib.

 

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir sıra digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı