Kiyev vilayətinin Makarov kəndinin minaatanlardan atəşə tutulması nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Martın 18-də işğalçılar Buçanski rayonunda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Düşmənin Makarovu atəşə tutması nəticəsində 7 dinc sakin həlak olub. 5 nəfər yaralanıb və xəstəxanadadır", - məlumatda deyilir.
Atəş nəticəsində yaşayış binaları dağılıb, inzibati bina və digər tikililərə ziyan dəyib.