Gəncədə güclü külək səbəbindən nənə və azyaşlı nəvəsi xəsarət alıb.
Modern.az xəbər verir ki, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.
Güclü külək nəticəsində evin divarına çəkilmiş üz daşları yolun kənarında dayanan nənə və azyaşlı nəvəsinin üzərinə düşüb. Hadisə zamanı hər iki şəxs ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.