Modern.az

Tuneldə zəncirvari qəza - Çoxlu sayda yaralı var

Tuneldə zəncirvari qəza - Çoxlu sayda yaralı var

Aktual

19 Mart 2022, 17:07

Türkiyədə zəncirvari qəza baş verib.

 

Modern.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Bolu valisi Ahmet Ümit bildirib.

 

Hadisə Anadolu avtomobil yolunun İstanbul istiqamətində Bolu dağı tunelində qeydə alınıb. Belə ki, içərsində sərnişinlər olan avtobuslar, TIR və minik maşınları toqquşub.

 

A.Ümitin sözlərinə görə, hadisə zamanı ölən olmasa da, çoxlu sayda insan yaralanıb: “Hazırda təcili tibbi yardım heyəti bölgəyə gedir. Yaralıların olduğunu bilirik”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!