Bu gün Masallı şəhərində balacaların bayram sevincinə bayram qatılıb. Belə ki, müasir tələblərə cavab verən Masallı şəhər 1 saylı uşaq bağçası balacaların ixtiyarına verilib.
Modern.az xəbər verir ki, bağçanın açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, Heydər Əliyev Fondunun nümayəndələri iştirak edib.
Bağça Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc sahibkar xanım Mədinə Məşhur qızı Şahbazovanın dəstəyi ilə tikilib, uşaqların istifadəsinə verilib. Müasir standartlara cavab verən bağçada uşaqlar üçün hər bir şərait yaradılıb.