Modern.az

Lerikdə Novruz şənliyi keçirilib - FOTOLAR

Lerikdə Novruz şənliyi keçirilib - FOTOLAR

Aktual

18 Mart 2022, 18:04

Lerik şəhərində Novruz bayramı şənliyi qeyd olunub.

 

Modern.az xəbər verir ki, Lerik Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda təkil olunan tədbirdə  Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, aparatın əməkdaşları, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən Müharibəsi iştirakçıları, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak ediblər.

 

Mərasim iştirakçıları öncə bayram tonqalını rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev və şəhid ataları Tahir Mövlanov və Rəbbil Heydərov tərəfindən alovlandırıblar.

 

Şənlik iştirakçıları qarşısında çıxış edən C.Baxşıyev min illər boyu xalqımız tərəfindən qeyd edilən, milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb.

 

İcra başçısının səlahiyyətlərini icra edən C.Baxşiytev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından söhbət açaraq arzusunda olduğumuz Qarabağda artıq Novruz tonqallarının alovlandığını qeyd edib.

 

Sonra tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar.

 

Mədəniyyət mərkəzində davam etdirilən tədbirdə rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan kosa və keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı