Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 116 yeni yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Ölkəmizdə indiyədək ümumilikdə 791 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 771 nəfər müalicə olunaraq sağalıb, 9651 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 982 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5144, ötən müddət ərzində isə ümumilikdə 6 662 084 test aparılıb.
