Modern.az

Ukrayna Belarusla dəmir yolu əlaqəsini kəsdi

Ukrayna Belarusla dəmir yolu əlaqəsini kəsdi

Aktual

19 Mart 2022, 23:40

Hazırda Belarus və Ukrayna arasında dəmir yolu əlaqəsi yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə “Ukrayna Dəmir Yolu” ASC-nin idarə heyətinin rəhbəri Aleksandr Kamışin bildirib.

 

O, Belarus dəmiryolçularına müraciət edərək Rusiya texnikası ilə Ukraynaya doğru qatar sürməmək barədə çağırış edib.

 

Qeyd edək ki, Belarus Nəqliyyat Nazirliyi Rusiyanın Ukraynaya hərbi hücumu fonunda fevralın 24-də Ukrayna ilə yük dəmir yolu əlaqəsinin dayandırıldığını bildirib. Koronavirus pandemiyası səbəbindən ölkələr arasında sərnişin dəmir yolu əlaqəsi də dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı