Modern.az

Türkmənistan hökuməti istefaya göndərildi

Türkmənistan hökuməti istefaya göndərildi

Aktual

20 Mart 2022, 01:25

Türkmənistanın yeni Prezidenti Serdar Berdiməhəmmədov hökumətin tam tərkibdə istefası barədə sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, hökumət üzvləri yeni kabinet formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

 

Qeyd edək ki, yeni seçilmiş prezidentin andiçmə mərasimi Aşqabadda baş tutub. Serdar Berdiməhəmmədov ölkənin bütün dünya dövlətləri ilə mehriban qonşuluq, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanacaq neytrallıq siyasətini davam etdirəcəyinə söz verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı