Modern.az

Ukrayna qaçqınlarının yeni sayı açıqlandı

Ukrayna qaçqınlarının yeni sayı açıqlandı

Aktual

20 Mart 2022, 09:28

Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi 6,5 milyona yaxın ukraynalının müharibənin başlaması səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsində məlumat yerləşdirilib.

 

Qeyd olunub ki, hazırda Ukraynada 12 milyondan çox insan təhlükəsizlik riskləri, körpülərin, yolların dağıdılması, sığınacaq tapmaq üçün resursların və ya məlumatın olmaması səbəbindən təsirlənmiş ərazilərdə ilişib qalıb, həmin ərazini tərk edə bilmir.

 

BMT-nin Qaçqınlar üzrə Agentliyi müharibənin İkinci Dünya Müharibəsindən sonra Avropada ən ağır qaçqın böhranına səbəb olduğunu bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı