Modern.az

Bolqarıstan rus qazından imtina etdi, Azərbaycana üz tutdu

Bolqarıstan rus qazından imtina etdi, Azərbaycana üz tutdu

Aktual

20 Mart 2022, 09:35

"Bolqarıstan Ukraynaya hərbi təcavüzə cavab olaraq Rusiya qazından imtina edir, Azərbaycan, Əlcəzair və Qətər qazına keçir".

 

Modern.az "The Times"ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın maliyyə naziri Asen Vasilyev deyib.

 

Nazir bildirib ki, Bolqarıstan “Qazprom”la müqaviləni uzatmayacaq:

 

"Müqavilə 2022-ci ilin iyulunda başa çatır. Bu qərar Ukrayna ətrafındakı situasiya və Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzü ilə bağlıdır. Bolqarıstan Rusiya qazından imtina edərək öz tələbatını Əlcəzair və Qətərdən sıxılmış qaz alaraq, eləcə də Azərbaycandan qaz təchizatını artıraraq ödəyəcək. Habelə Yunanıstan və Türkiyə ilə mövcud infrastrukturu işə salaraq sıxılmış təbii qaz alacaq, o cümlədən Azərbaycandan qaz idxalını artıracaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı