Modern.az

Ukrayna səfiri xalqımızı təbrik etdi

Ukrayna səfiri xalqımızı təbrik etdi

Aktual

20 Mart 2022, 10:20

“Baharın, dirçəlişin, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını təbrik edirəm!”.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook”dakı paylaşımında bildirib.

 

“Ukraynaya yaz əvəzinə müharibə gəlsə də, əziz azərbaycanlılar, əminəm ki, biz ailə rahatlığının, sizin kimi əsl dostlarla səmimi və şən görüşlərin xoşbəxtliyini yenidən hiss etmək üçün bu zülməti dəf edəcəyik!”,- deyə səfir qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı