Modern.az

“Göytəpə”də əməliyyat: Narkobaron saxlanıldı

“Göytəpə”də əməliyyat: Narkobaron saxlanıldı

Aktual

20 Mart 2022, 11:07

Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirmək istəyən şəxs tutulub.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, mart ayının 20-də saat 05:35 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 1 nəfər saxlanılıb.

 

Onun Biləsuvar şəhər sakini, 1979-cu il təvəllüdlü İsgəndərov Razi Əlipaşa oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram narkotik vasitəyə (8 kiloqram 800 qram marixuana, 2 kiloqram 840 qram tiryək, 1 kiloqram heroin, 1 kiloqram 40 qram metamfetamin) bənzər maddələr aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı