Modern.az

Azərbaycan-Malta matçının hakimləri bəlli oldu

Azərbaycan-Malta matçının hakimləri bəlli oldu

Aktual

20 Mart 2022, 11:36

Malta və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları bəlli olub.

 

Modern.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

 

Baş hakim Alexandro Ernandesə laynsmanlar qismində Xose Naranyo və Angel Nevado köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sezar Soto yerinə yetirəcək.

 

Qeyd edək ki, martın 25-də Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!